Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Futbol üzrə Dünya Kuboku yarışları Qətərdə yaydan qışa keçirilə bilər


Beynəlxalq futbol federasiyası FİFA 2022-ci ildə Dünya Kubokunun finalının Qətərdə yaydan qışa keçrilməsini araşdırmağa başlayacaq. Ancaq FİFA prezidenti Zepp Blatter deyib ki, bu qərar 2014-cü ildə Braziliyada keçiriləcək Kubok yarışlarından tez verilməyəcək.

Qətərdə isti yay mövsümünə görə yarışların qışa keçirilməsini Qətər rəsmiləri təklif edib, ancaq Avropa ölkələrinin bəziləri bunun əleyhinədir. Bir sıra televiziyalar da bu ideyanın əleyhinə çıxır ki, bu zaman futbol yarışları başqa proqramlarla üst-üstə düşəcək.

FİFA həmçinin Qətərdə insan haqları pozuntularını, miqrant işçilərlə davranışda onların haqlarının pozulmasını və Dünya Kuboku yarışlarının tikintisində miqrant fəhlələrin ölümü hallarını da araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG