Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

Dünyada ən çox daxil olunan saytlar Google və Facebookdur


Oksford İnternet İnstitutu dünyada ən çox daxil olunan saytları öyrənib. Alexa traffik xidmətinin göstəriciləri əsasında müəyyən olunub ki, Google və Facebook dünyada ən çox girilən saytlardır.

120 ölkədə ən çox daxil olunan saytlar öyrənilib. Bunlardan 62 ölkədə Google öndədir, 50 ölkədə - Facebook.

Ancaq ölkədən-ölkəyə fərq var. Azərbaycanda Facebook Googledan irəlidədir.

Qazaxıstanda Mail.ru birincidir.

Yaponiyada və Taivanda Yahoo! qabaqdadır.

Çində lider Baidu-dur.

Fələstin ərazilərində ən çox daxil olunan sayt bütün dünyada olduğu kimi axtarış və ya e-mail xidməti və yaxud ünsiyyət saytı deyil – bu, Al-Vatan qəzetinin saytıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG