Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:25

Asəf Quliyev istefa verdi



AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa verib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Asəf Quliyev istefa verməsinin səbəblərini yaxın günlərdə açıqlayacağını bildirir.

Asəf Quliyev özünün facebook səhifəsində isə istefa verməsinin səbəblərini bu cür izah edib:

“Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MS fəaliyyətində nöqsanlara yer verilməsi, daxili ziddiyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki,yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb Milli Şuradan ve AXCP-dən istefa edirəm”

Günün bütün mövzuları

XS
SM
MD
LG