Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41
2013-cü ildə Azərbaycana xaricdəki miqrant işçilər tərəfindən 2 milyard 200 milyon dollar göndəriləcək ki, bu da ÜDM-in 4 faizini təşkil edir.

Dünya Bankının 2013-2016-cı illərdə Miqrasiya və Miqrantların göndərdiyi pullarla bağlı hesabatında belə deyilir.


ERMƏNİSTAN BÜDCƏSİNİN 21.4 FAİZİ

Müqayisə üçün Azərbaycan qonşularından Ermənistana xaricdən 2.4, Gürcüstana 2 milyard dollar göndərilir. Məbləğlər eyni görünsə də, 2.4 milyard dollar Ermənistanın Ümimi Daxili Məhsulunun nə 1/5-dən də çoxunu, 21.4%-i təşkil edir.

Dünya Bankının hesablamalarına görə, ümumilikdə dünya üzrə hazırda 232 milyon nəfər xaricdə miqrant kimi çalışır. Bu miqrantlar ilin sonuna qədər öz ölkələrinə 540 milyard dollar göndərəcək. 2016-cı ildə bu rəqəm 700 milyon dolları keçəcək.


ƏN ÇOX EVİNƏ PUL GÖNDƏRƏNLƏR

Dünyada miqrantların ən çox pul göndərdiyi ölkə Hindistandır. Hindistana bu il 71, Çinə 60, Filippinə 26, Meksikaya 22, Nigeriyaya 21, Misirə 20 milyard dollar göndərilir.

Postsovet ölkələri arasında ümumi məbləğə görə rekord Ukraynaya məxsusdur. Hər xaricdə yaşayan ukraynalılar öz ölkələrinə 9.3 milyard dollar göndərir.


ƏN ÇOX MİQRANT ƏLİNƏ BAXAN ÖLKƏ

Taciklər ölkələrinə 4ş1 milyard dollar göndərsələr də, ölkə iqtisadiyyatında ən çox payı da onlar tutur. ÜDM-in 48 faizindən çoxu onların payına düşür.

Qırğızıstan iqtisadiyyatının 31, Moldovada isə 24 faizdən çoxu miqrantların göndərdiyi pullar hesabınadır.

2012-ci yekun rəqəmlərinə baxanda dünyada xaricdən göndərilən pulların ən çox payı da Tacikistan, Qırğızıstan, Moldova, Ermənistan və Kosovodadır.


ƏN ÇOX MİQRANT HARA GEDİR?

Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda olan miqrantların sayı 15 milyondan çoxdur. Onların da yarısından çoxu Ukrayna və Qazaxıstandan gedənlərdir. Ukraynadan 5.1, Qazaxıstandan isə 3.5 milyon nəfər beynəlxalq miqrant var. Türkiyədən 1.9, Özbəkistandan 1.3, Belarusdan isə 1.1 milyon nəfər çörəkpulunu xaricdə qazanır.

Bu regionda miqrantların ən çox getdiyi ölkə isə Rusiyadır. Hazırda Rusiyada 11.9 milyon nəfər miqrant çalışır. Rusiya Miqrasiya Xidmətinin rəsmi rəqəmlərinə görə, 2013-cü ildə ölkəyə 11 milyon 300 min nəfər rəsmi miqrant gəlib, 3 milyon nəfər də qanunsuz olaraq çalışır.


MİQRANTLARIN PULUNUN 9 FAİZİ UÇUR

Dünya Bankının ekspertlərin bildirirlər ki, ümumilikdə dünyada miqrantların sayı və göndərdikləri vəsaitin sayı da əsasən Avropa və Mərkəzi Asiya regionu hesabına artır. Baxmayaraq ki, dünyadakı miqrantların pulu göndərmə xərcləri də artır. Məsələn, son iki ildə bu rəqəm göndərilən məbləğin 9 faizi həcmində olub ki, bu da, ekspertlərin fikrincə, miqrantların pul köçürmələrində qanunsuz yollar axtarmasına səbəb olur.


Hesabatı hazırlayan qrupun rəhbəri Dilip Ratha deyir ki, miqrantların göndəridiyi pullarda köçürmə faizlərinin bu qədər yüksək olması onların ölkələrində inkişafa birbaşa təsir göstərir və Böyük 20-lik ölkələrinin əldə etdiyi razılaşmalara ziddir. Dünya Bankı və Dünyanın aparıcı ölkələri yoxsulluqla mübarizə və inkişaf üçün bu faizlərin mümkün olduqca aşağı salınması və miqrantlar üçün viza və sənədləşmə işlərinin sadələşdirilməsini təklif edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG