Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

ABŞ səfirliyi işini davam etdirir



ABŞ Səfirliyi hökumətinin fəaliyyətinin qismən dayandırılmasının Azərbaycandakı missiyanın işinə dair açıqlama yayıb. Açıqlamada deyilir ki, ABŞ-ın Azərbaycandakı Missiyası tam heyətlə işinə davam edir.

“Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb. Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada davam etdirilir”.

ABŞ-da hökumət idarələrinin bağlanmasına səbəb Konqreslə prezident arasında baş verən ixtilafdır. Barack Obama özünün «Obamacare» kimi tanınan səhiyyə layihəsindəki imzasından imtina etmədiyinə görə bu layihənin əleyhinə olan Konqres əksəriyyəti hökumətə büdcə ayırmalarını dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG