Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:35

Sabirabadda Cəmil Həsənlinin mitinqində qarşıdurma... [Video]


Milli Şuranın Sabirabaddakı mitinqi qarşıdurma ilə başladı, qarşıdurma ilə bitdi
Gözlə

No media source currently available

0:00 0:07:10 0:00

Milli Şuranın Sabirabaddakı mitinqi qarşıdurma ilə başladı, qarşıdurma ilə bitdi

-
18:30 - SABİRABADDAKI MİTİNQ-GÖRÜŞƏ DİN-İN REAKSİYASI

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-ə bildirib ki, prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşündə təxribatçı qrupun hücum təşkil etməsi barədə yayılan məlumatlar əsassızdır:

«Prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşündə qarşıdurma olması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Cəmil Həsənli, Bakıdan gəlmiş azsaylı tərəfdarlarının və jurnalistlərin müşayiəti ilə, oktyabrın 4-də saat 11-dən 13-dək stadionda keçirilməsi nəzərdə tutulan görüşə saat 13:25-də gəlib».

DİN sözçüsünün bildirdiyinə görə, tədbir gündüz saat 2-yə 5 dəqiqə qalmış başa çatıb və bu müddət ərzində polis ictimai asayişi tam qoruyub:

«Sadəcə, Cəmil Həsənlinin platformasını dinləmək üçün stadiona gələn bir qrup rayon sakini orada prezidentliyə namizədin və digər şəxslərin çıxışlarında səslənən bəzi fikirlərə etiraz ediblər. Cəmil Həsənlinin ətrafında olanlardan bəziləri, xüsusən onun səlahiyyətli nümayəndəsi Pənah Hüseyn çıxışlar zamanı həmin insanları nalayiq sözlərlə təhqir edərək onları təxribata çəkmək, iştirakçılar arasında qəsdən qarşıdurma yaratmaq istəyiblər. Polis əməkdaşlarının hadisəyə vaxtında və operativ reaksiyası təxribat hadisəsinin böyüməsinin qarşısını alıb, Bakıdan gəlmiş şəxslərlə birlikdə təqribən 150 adamın iştirak etdiyi görüş-mitinqdə ictimai asayişin kobud şəkildə pozulmasına imkan verilməyib».

Görüş zamanı bəzi jurnalistlərin təzyiqə məruz qalması barədə yayılan məlumatlara gəlincə, şöbə rəisi bu barədə nə görüş zamanı ictimai asayişi qoruyan polis əməkdaşlarına, nə də sonra Sabirabad RPŞ-yə hər hansı müraciət daxil olmadığını söyləyib:

«Həqiqətən belə bir hal varsa, o zaman aidiyyəti üzrə polis şöbəsinə müraciət etsinlər. Məsələ araşdırılar».

14:00 - JURNALİSTLƏRƏ TƏZYİQ OLUB

Prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşündə jurnalistlər təzyiqlə üzləşib. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verib.
Prezidentliyə namizədin seçicilərlə görüşünə müdaxilə edən və kimliyi bilinməyən şəxslər aksiya yerindəki jurnalistlərə hücum çəkiblər. AzadlıqRadiosunun bölgə müxbiri Tural Mustafayevin kamerası sındırılıb. Təzyiqə məruz qalanlar arasında “Azadlıq” qəzetinin müxbirləri Ramin Deko və Sevinc Vaqifqızı, “Turan” informasiya agentliyinin reportyoru Etimad Budaqov, “Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva da var.
Prezidentliyə namizədin görüşü yarımçıq dayandırılıb. AzadlıqRadiosunun müxbiri son durumu belə açıqlayır:

Sabirabad

Turan İnformasiya Agentliyinin Sabirabaddan yaydığı görüntülər

Your browser does not support iframes.
“Biz jurnalistlər avtomobilə minib ərazidən uzaqlaşmaq istəyirik, amma imkan vermirlər. Görüş-mitinqin keçirildiyi meydan boşdur. Maşınımız aksiyaya hücum edənlərin əhatəsindədir. Biz qorxumuzdan maşına yaxınlaşa bilmirik. Polisə müraciətlərimiz, hələlik, nəticəsiz qalıb”.
SAAT - 13:40
GÖRÜŞDƏ QARŞIDIRMA OLUB...


Sabirabadda Cəmil Həsənlinin görüş- mitinqinə müdaxilə davam edir. Təxminən 100 nəfər «Milli Şura rədd olsun» şüarları ilə mitinqin keçirildiyi stadionun ortasına qədər irəliləyib və mitinqi dağıtmağa cəhd göstərib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, stadionda olan az sayda polis qüvvəsi qarşıdurmaya müdaxilə etmir. AXCP sədri Əli Kərimli çıxış edərkən həmin şəxslər səsgücləndiricilərlə ona mane olmağa çalışıblar.

Etiraz edənlər əsasən qadınlar və ahıllar olublar.

Xalq Partiyasının sədri Pənah Hüseyn çıxışında İlham Əliyevi «qadınları önə buraxmaqda, müxalifətçilərin üzərinə yönəltməkdə» ittiham edib.

Cəmil Həsənli ilə görüşə təxminən bir neçə yüz nəfərin gəldiyini deyir. Polis mitinqçiləri digər sakinlərdən sədlə ayırıb.

Hadisəylə bağlı polisdən açıqlama almaq mümkün olmayıb.

Hadisə yerindən görüntülər tezliklə saytımızda olacaq...


SAAT - 12:35
MİLLİ ŞURANIN GÖRÜŞÜNƏ MANEƏLƏR YARADILIR...


Cəmil Həsənlinin görüşündə qarşıdurma
Cəmil Həsənlinin görüşündə qarşıdurma
​Oktyabrın 4-də, Sabirabadda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin görüşünə bir qrup şəxs mane olmağa çalışır.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Sabirabad stadionu qarşısına toplaşmış təxminən 25-30 nəfər kişi görüşə gələnləri stadiona buraxmır. Həmin şəxslər əllərində «İlhamla İrəli» plakatları tutublar, sinələrinə prezident İlham Əliyevin fotolarını vurublar. Onlar İlham Əliyevi dəstəklədiklərini deyiblər.
Polis tədbirə maneçilik törədənlərə müdaxilə etməyib, hadisəni kənardan seyr edib.

Qarşıdurma zamanı prezidentliyə namizədin tərəfdarları «istefa» şüarları səsləndiriblər.
XS
SM
MD
LG