Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

Sabirabadda Cəmil Həsənlinin görüşünə mane olmağa çalışırlar


Sabirabad

Sabirabad

-
Bu gün Sabirabadda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin görüşünə bir qrup şəxs mane olmağa çalışır.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Sabirabad stadionu qarşısına toplaşmış təxminən 25-30 nəfər kişi görüşə gələnləri stadiona buraxmır. Həmin şəxslər əllərində “İlhamla İrəli” plakatları tutublar, sinələrinə prezident İlham Əliyevin fotolarını vurublar. Onlar İlham Əliyevi dəstəklədiklərini deyiblər.
Həmin şəxslər Xalq Partiyasının rəhbəri Pənah Hüseynin tərəfdarlarına hücum çəkib, onu Sabirabaddan millət vəkili olan zaman rayon üçün heç bir iş görməməkdə suçlayıb.
Hələlik Cəmil Həsənli görüş yerinə gəlməyib.
Polis tədbirə maneçilik törədənlərə müdaxilə etməyib, hadisəni kənardan seyr edib.

Qarşıdurma zamanı prezidentliyə namizədin tərəfdarları "istefa" şüarları səsləndiriblər.
XS
SM
MD
LG