Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Məhkəmə prezidentliyə namizədin iddiasını təmin etmədi


-
Bakı Apelyasiya Məhkəmə prezidentliyə namizəd Cəmil Həsənlinin İctimai televiziya və Mərkəzi Seçki Komissiyasına qarşı iddiasını təmin etməyib.
Bu barədə AzadlıqRadiosuna prezidentliyə namizədin vəkili Elman Fəttah məlumat verib.
“Məhkəmə Cəmil Həsənlinin ödənişli efir vaxtı ilə bağlı İTV-yə vaxtında müraciət etmədiyini əsas gətirib MSK-nın imtina qərarını qüvvədə saqxladı. Biz məhkəmədə vəsatət qaldırdıq ki, İTV-nin qeydiyyat kitabı məhkəməyə gətirilsin, amma bu da təmin olunmadı. Halbuki biz sentyabrın 23-də müraciət etmişik, son müraciət müddəti isə 24-də bitib. Prosesdə İTV nümayəndəsi iştirak etmirdi”.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ödənişli efir vaxtından istifadə etmək üçün İTV- yə müraciət edib. Televiziya ödənişli efir vaxtının ayrılması ilə bağlı müddətin bitdiyini əsas gətirərək ödənişli efir vaxtı ayırmaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG