Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Türkiyəli diplomat: “Vasif Talıbov örnək alacağım dövlət xadimidir”


Vasif Talıbov

Vasif Talıbov

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» - 03.10.2013
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Cenk Ünal 2011-ci ildən muxtar respublikamızda diplomatik fəaliyyətdədir.

Bu il oktyabr ayının 5-də Naxçıvanda diplomatik fəaliyyətini başa vuracaq C.Ünal Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunda “Şərq qapısı” qəzetinin və Naxçıvan Dövlət Televiziyasının əməkdaşlarına müsahibə verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

...- Məlumdur ki, diplomatik fəaliyyəti həyata keçirərkən birbaşa olaraq dövlət və hökumət rəsmiləri ilə ünsiyyətdə olursunuz. Türkiyə üçün strateji bir nöqtədə yerləşən Naxçıvanda dövlət və hökumət rəsmiləri ilə münasibətlərinizi necə dəyərləndirirsiniz?

Cenk Ünal: Bu sualı mənə ünvanladığınız üçün təşəkkür edirəm. Bu sual tam cavablandırmaq istədiyim bir sualdır. Burada olduğum iki illik müddət ərzində mənə fəaliyyətimdə ən yüksək səviyyədə diqqət və qayğı göstərildi. Bizim üçün yaradılan imkanlar sayəsində Naxçıvanda fəaliyyətimizi ən yüksək səviyyədə həyata keçirdik, heç bir problemlə qarşılaşmadıq.

Burada olduğum müddətdə Naxçıvanda gedən prosesləri yaxından izlədim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bundan sonrakı fəaliyyətimdə hər zaman örnək alacağım dövlət xadimidir.

Elnur Kəlbizadə: Bildiyiniz kimi, Naxçıvanda son illərdə qurulan yeni istehsal sahələri nəinki daxili tələbatı ödəyir, həm də ixracyönümlüdür. Hansı məhsulların Naxçıvandan Türkiyəyə ixracı mümkündür?

Cenk Ünal: Bütün məhsulların. Mən ixtisasca iqtisadçıyam. Müasir iqtisadi sistem tələb edir ki, hər bir ölkənin idxalatı ilə yanaşı, ixracatı da olsun. Yəni, sadəcə, idxal edərək, ya da sadəcə, ixrac edərək ölkə iqtisadiyyatının idarə edilməsi mümkün deyildir.

Naxçıvanda, məndə olan məlumata görə, 300-dən çox növdə məhsul istehsal olunur. Bu məhsullardan ən azı 60-70 növünün ixrac potensialı yüksəkdir. Bu isə kifayət qədər böyük bazardır. Bu sayda məhsulun Türkiyəyə ixrac edilməsi, satılması imkanları vardır.

Naxçıvan bu gün bir çox ölkələrlə idxal-ixrac əlaqələrinə malik olan bir muxtar respublikadır. Təbii ki, burada Türkiyənin xüsusi bir yeri vardır. Həm qonşu, həm də qardaş ölkə olaraq Türkiyə Naxçıvan üçün ixracat imkanlarını artıracaq və bu da imkan verəcək ki, Naxçıvanda istehsal olunan məhsullar Türkiyəyə ixrac olunsun. Naxçıvanda istehsal sahələri genişləndikcə Türkiyədə məhsulu satacaq bazar tapmaq imkanları daha da artacaqdır...
XS
SM
MD
LG