Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25
Rusiya Tripolidəki diplomatik mkisiyasına hücumdan sonra səfirliyinin əməkdaşlarını bu ölkədən çıxarıb.Səfirliyin bütün əməkdaşları Tunisə keçib və ordan Moskvaya yola salınacaq.

Liviyanın xarici işlər naziri Mohammad Abdel Aziz Rusiya səfiri İvan Molotkovla şəxsi söhbəti zamanı səfirliyin əməkdaşlarının təhlükəsialiyinə təminat verə bilməyəcəyini deyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Liviyalı həmkarından səfirliyin təhlükəsialiyi və fəaliyyətinə təminat verilməsini tələb edib.

Oktyabrın 2-də səfirliyin ətrafına yığışan etirazçılardan bir neçəsi onun ərazisinə keçə bilib.Amma ordu və keşikçilər onları ərazidən uzaqlaşdırıb, aksiyaçılardan biri ölüb.

İlkin məlumatlara görə, etirazlara səbəb isə rusiyalı qadın Yekatrina Ustyujaninovanın oktyabrın 1-də 1 liviyalı zabiti öldürməsi olub. Qadın həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG