Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Armin Vambery-nin «Əmir Teymur» kitabı nəşr olunub


Ármin Vámbéry (1832-1913)
Ármin Vámbéry (1832-1913)
-
«Elm və təhsil» nəşriyyatında macar alimi Armin Vambery-nin «Əmir Teymur» əsəri müasir əlifbada işıq üzü görüb.

MEA-nın Əlyazmalar İnstitutundan AzadlıqRadiosuna verilən bilgiyə görə, bu əsər ilk dəfə 1917-ci ildə Bakıda Orucov qardaşları mətbəəsində çap edilib.

Böyük türk imperatoruna həsr edilmiş kitabı tarix elmləri doktoru Tahirə Həsənzadə müasir əlifbaya çevirib və lüğət tərtib edib.

Kitabın redaktoru tarix elmləri doktoru Fərid Ələkbərlidir.

Yəhudiəsilli böyük macar alimi Vambery 1831-ci ildə Presburqda doğulub.

Gənc yaşlarından heç kimin köməyi olmadan türk dillərini öyrənib.

Şərqə və türk dilinə sevgi onu 1856-cı ildə İstanbula gətirib çıxarıb.

4 il İstanbulda müəllimlik edib və türk dilini mükəmməl mənimsəyib.

Vambery macar dilinin türk köklü olması fikrini irəli sürüb. Bu səbəbdən macar tarixinə dair araşdırmalar aparıb, müxtəlif lüğətlər tərtib edib.

Daha sonra böyük səyahətə başlayıb. Bütün Türkistanı gəzib, İranı dolaşıb və təzədən İstanbula dönüb.

Səfər təəssüratları dünyanın müxtəlif dillərinə çevrilib.

Onun Şərqlə bağlı çoxlu elmi əsərləri var.
Vambery 1913-cü ildə vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG