Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Namizədlərin nəyi var, nəyi yox?


Namizədlərin nəyi var, nəyi yox?
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

-
Seçkilərə qatılmağa qərar verən namizədlərin imzatoplama, təbliğat-təşviqat, tanınma qayğıları ilə yanaşı, bütün bunları şəffaf və apaçıq diqqətə yetirmək borcu da var. Axı seçici namizədin nəyi necə qazandığını xırdalığınacan bilməlidir.

Seçki qanunvericiliyinə görə, prezidentliyə namizədlər öz mal-mülk və gəlir qaynaqlarının siyahısını da Mərkəzi Seçki Komissiyasına təqdim edir. Bir neçə namizədin gəlir deklarasiyası ilə bağlı mediada yazılar gedib. AzadlıqRadiosu da izləyicilərinə namizədlərdən bir neçəsinin bəyan etdiyi əmlak və maliyyə bilgilərini onların öz dillərindən eşitmək imkanı yaradır.

«...O DEMƏK DEYİL Kİ, MƏNİM HEÇ NƏYİM YOXDUR»

Ümid Partiyasının namizədi İqbal Ağazadə deyir ki, onun adına əmlak yoxdur, amma:


«Adıma əmlak olmamağı, o demək deyil ki, mənim heç nəyim yoxdur. MSK mənim adıma olan rəsmi məlumatları istəyir. Məsələn, bu qərargah mənim anamın adınadır. Bu nə 2000-ci, nə 2003-cü, nə də 2007-ci ildə olmayıb. Bura vaxtilə – 1996-cı ildə bir mağazaymış. Mən də qonşuluqda yaşamışam. Mağaza satılanda biz alıb, özəlləşdirmişik. Ehtiyac duymamışam ki, öz adıma sənədləşdirim.
İqbal Ağazadə
İqbal Ağazadə
O zaman nə siyasətdə idim, nə də siyasi proseslərdə. Anamın adınadır, amma mən istifadə edirəm. Bu o demək deyil ki, mənim bura mənəvi hüququm çatmır, – çatır. Amma hüquqi baxımından bura mənim əmlakım deyil...


«QƏRARGAH ANAMIN, EV QOHUMUMUN...»


...İndi yaşadığım ev bir qohumumun adınadır. O ev alınanda, mən başqa evdə qeydiyyatda idim, o zaman qanunlar sərt idi, icazə vermirdilər. Bir qohumum ora qeydiyyata düşdü. Münasibətlərimiz o qədər yaxşı, o qədər səmimidir ki, ortam o qədər güvənlidir ki, onu dəyişmək heç ağlımın ucundan da keçmədi. Adıma əmlak yoxdur, heç bir əmlak».


İqbal Ağazadə maliyyə hesabatını da MSK-ya təqdim edib:


«Rəsmi qaydada Azərbaycan Respublikasının Milli Məclisindən millət vəkili maaşı alıram və rəsmi gəlirim bundan ibarətdir».


«GİZLƏDİLƏSİ BİR ŞEY YOXDUR»

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyevə də eyni sualı ünvanladıq:

Fərəc Quliyev
Fərəc Quliyev


–Sizdən əmlak və gəlir bəyannamənizi ala bilərik?

– Heç bir problem yoxdur. Dostlardan bəziləri deyir ki, mənim adıma heç nə yoxdur. Bu, normal deyil. Mənim nəyim varsa, hamısı öz adıma sənədləşdirilib. Avtomobilim, torpaq sahəm, mənzilim var. Hər bir vətəndaşa da bunu arzulayıram. Normal bir şeylərdir, bu da MSK-ya göstərilib, gizlədiləsi bir şey yoxdur...

– Söylədiklərinizi sənəd şəkilində əldə etmək olar?

– Xeyr, mən onu sizə verməli deyiləm, axı. Nəyə görə mən sizə sənəd verməliyəm?


MAŞININI, TELEFONUNU KREDİTLƏ ALAN İŞSİZ NAMİZƏD

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin öz əmlakını açıqlayır:


- Bir dənə kreditə maşınım var. Banka hər ay 650 manat ödəyirəm. Bir dənə telefonum var, – bankdan kreditə götürmüşəm.
Hafiz Hacıyev
Hafiz Hacıyev
Beşotaqlı evim var, ailəmlə birlikdə qalıram. O vaxt Ermənistandan ermənilər bizi deportasiya edəndə, oradakı evimizi burdakı ilə dəyişdirmişəm. Mənim mülküm bundan ibarətdir – istənilən orqan, istənilən vaxt yoxlaya bilər.

– Aylıq gəliriniz nə qədərdir və bu gəlir haradan gəlir ki, bu qədər krediti ödəyə bilirsiniz?

– Uşaqlarım işləyir. Biri ayda 700 manat alır, biri 630 manat, yoldaşım müəllim işləyir, dostlarım kömək edir. Rayonda qardaşım işləyir, təsərrüfatla məşğuldur, kömək edir. Belə çətin vəziyyətdə yaşayırıq.


«TORPAĞIM, BAĞIM, GƏMİM, YAXTAM, VİLLAM... YOXDUR»

Sosial-demokratların təmsilçisi Araz Əlizadənin dediyinə görə, adına 5 maşın olsa da, yalnız biri ona məxsusdur:

Araz Əlizadə
Araz Əlizadə


«Mənim bir maşınım var. Bir maşınım Türkiyədə qəzaya uğrayıb, sənədləri də qalmayıb – hələ də mənim adımdadır. Daha 3 maşın da adımdadır – almışam, vəkalətnamə ilə satmışam – adımdan çıxarılmayıb. Beləliklə, adımda 5 maşın var və 143 kvadratmetr sahəsi olan mənzil. Ayrı heç nəyim yoxdur – nə torpağım, nə bağım, nə gəmim, nə yaxtam, nə villam».


Araz Əlizadə maliyyə məsələlərini çözməkdən ötrü bank kreditlərindən də istifadə etdiyini deyir:


«Bizdə heç kəs maaş almır. Bizdə işsizlər partiyasıdır. Partiya üzvlərinin 90 faizindən çoxu işsizdir. İki nəfər xırda bizneslə məşğul olan var. Onlar partiyaya yardım edirlər – kirayəhaqqını vermək və s. Kommunal xərclərlə birlikdə partiyanın qərargahına görə ayda 200 manat kirayəpulu ödəyirik».

İlyas İsmayılov
İlyas İsmayılov

MOSKVADAKI EV, NARDARANDAKI BAĞ...

Ədalət Partiyasının namizədi İlyas İsmayılov deyir ki, nə əldə edibsə, qanuni şəkildə olub:


«Moskvada işlədiyim vaxt mənə ev veriblər, o ev hələ də durur. İki oğlum var, biri Rusiya vətəndaşıdır. Mənim adıma olsa da, o ev, əslində, onun evidir. Hər halda deklarasiya verməyə məcbur oldum. Bakıda 46 kvadratmetrlik mənzilim var. Həyat yoldaşım da, özüm də elmlər doktoru, professoruq. O zaman deputat yoldaşların təsiri ilə hamımız ərizə yazdıq ki, bizə ev verilsin. Çünki hazırda 46 kvadratmetrə heç mənim kitablarım sığışmır. Ev veriblər, o da tikilir. Bir də 1988-ci ildə Nardaranda tikdirdiyim 50 kvadratmetrlik bağ evim var. O da təmirsizdir. Gəlirim MM-dən aldığım maaş və pensiyamdır, vəssalam».
XS
SM
MD
LG