Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:50

Əli Həsənov Avropa rəsmilərinin bəyanatını qərəzli sayır


Əli Həsənov

Əli Həsənov

“Catherine Ashton və Stefan Fulenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb”.

APA-nın məlumatına görə, bunu “AzərTAc”- a müsahibəsində Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyi rəsmilərinin bəyanatına münasibət bildirərkən deyib.\O bildirib ki, AB rəsmilərinin Azərbaycanda son hadisələrin seçkiqabağı vəziyyət, insan haqları və ümumilikdə siyasi şəraitə təsirinin narahatlıq doğurması barədə bəyanatından təəssüf edirlər.
Tam məsuliyyətlə deyirik ki, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələsində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakı, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar.
Son günlərdə qanunun tələblərini pozduqlarına görə ayrı-ayrı şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmasının seçki prosesi ilə heç bir əlaqəsi yoxdur. Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin seçki prosesi ilə əlaqələndirilməsini qeyri-obyektiv və qərəzli yanaşma hesab edirik”-deyə o vurğulayıb.

Qeyd edək ki, Stefan Fule və Catherine Ashton Azərbaycanda qarşıdan gələn prezident seçkisi ərəfəsində birgə bəyanat yayaraq, fəalların şübhəli ittihamlarla həbs olunmasından narahatlıq bildirib, Azərbaycan hökumətini bununla bağlı şəffaf və ədalətli araşdırma aparmağa çağırıblar.

Bəyanatda daha sonra prezident seçkiləri üçün ədalətli mühit , şərait yaradılmasının vacibliyi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG