Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:58

Prezidentliyə namizədlərin tibbi arayışları


.
ƏN UCABOY İLHAM ƏLİYEV VƏ QÜDRƏT HƏSƏNQULİYEVDİR

Prezidentliyə namizədlərdən ən ucaboylusu İlham Əliyev və Qüdrət Həsənquliyevdir. Hakim partiyanın namizədi, indiki prezident İlham Əliyevin boyunun konkret nə qədər uca olması barədə dəqiq məlumat yoxdur.

Amma AzadlıqRadiosunun bir neçə ay əvvəl prezidentlərin boylarına dair hazırladığı məlumatda İlham Əliyevin boyunun 190 sm-dən çox olduğu aşkar edilmişdi.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizəd Qüdrət Həsənquliyevin silahdaşları onun da boyunun təxminən indiki prezidentin boyu qədər - 190 sm. olduğunu dedilər.

Prezidentliyə namizədlər içərisində yalnız Fərəc Quliyev öz boyunun ucalığı, siqaret çəkib-çəkməməsi, eynəkdən istifadə edib-etməməsinə dair suallarımıza cavab verməkdən imtina etdi. Amma bir neçə ay əvvəl Fərəc Quliyev modern.az saytına boyunun 169 sm. olduğunu demişdi.

NAMİZƏDLƏRİN BOY YARIŞI...

Namizədlər arasında boyu ən aşağı olan Milli Şuranın namizədi Cəmil Həsənlidir (165 sm.) İctimai televiziyada dəyirmi masa zamanı namizəd həmkarı Araz Əlizadə də Cəmil Həsənlinin boyunun qısa olmasına diqqət çəkmişdi.

Amma Araz Əlizadənin özü də həmkarları arasında boyca o qədər də seçilmir. Özünün dediyinə görə, onun boyu Cəmil Həsənlinin boyundan 9 sm. uca, amma indiki prezident İlham Əliyevin boyundan 16 sm. qısadır.

ƏN YAŞLI İLYAS İSMAYILOV, ƏN CAVAN ZAHİD ORUCDUR

Ölkəni idarə etməyə iddialılar arasında ən yaşlısı Ədalət Partiyasının namizədi İlyas İsmayılovdur. Silahdaşları İlyas İsmayılovun indiyə qədər səhhətindən heç bir şikayəti olmadığını, siqaret çəkmədiyini, yalnız kitab oxuyanda eynəkdən istifadə etdiyini deyirlər.

Eynək demiş, İlham Əliyev və Zahid Oruc istisna olmaqla namizədlərin hamısı eynəkdən istifadə edir. Amma onların çoxu yalnız nəsə oxuyanda eynəyə ehtiyac hiss etdiklərini söyləyirlər.

Professor Cəmil Həsənli də gözündə əməliyyat olduğunu, buna görə ya linza, ya da eynək taxmalı olduğunu deyir.

Siqaret çəkənlər arasında isə İqbal Ağazadə təkdir. Araz Əlizadə də bizimlə söhbətdə vaxtilə qəlyan çəkdiyini, amma son 4 ildə onu da atdığını söylədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG