Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:22

Dünyanın ən böyük kitab yarmarkasının fəxri qonağı Coelho olacaq


Paolo Coelho
Paolo Coelho
-

Dünyanın ən böyük kitab tədbiri olan Frankfurt kitab yarmarkasının bu ilki fəxri qonağı populyar Braziliya yazıçı Paulo Coelho olacaq.

Məlumatı yayan "Qanun" nəşriyyatının nümayəndəsi də bu il oktyabrın 9-dan 13-cən keçiriləcək yarmarkaya qatılacaq.

Onun əsərləri 80 dilə tərcümə olunaraq 200 ölkədə 150 miliyon nüsxə satılıb. Coelho 26 kitab müəllifidir, 2002-ci ildən Braziliya Yazıçılar Akademiyasının üzvüdür, sosial şəbəkədə 23 milyondan çox izləyicisi var.

Bu il həm də Coelho-nun dünya bestselleri olan, bir çox insanın həyatını dəyişmiş “Kimyagər” əsərinin ilk nəşrindən 25 il keçir.

Coelho-nun kitablarının Azərbaycan dilində yayım haqları “Qanun” nəşriyyatına məxsusdur: Nəşriyyat onun “Kimyagər”, “11 dəqiqə”, “Zair” və s. əsərlərini çap edib.
XS
SM
MD
LG