Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

Əməliyyat zamanı ölən tənqidçinin əri prezidentə müraciət etdi


Elnarə Tofıqqızı

Elnarə Tofıqqızı

-

Həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı əməliyyat zamanı vəfat edən jurnalist Anar Niftəliyev prezident İlham Əliyevə müraciət edib. ("Media forum")

O bildirir ki, həyat yoldaşı, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin dekanı Elnarə Niftəliyeva (Tofiqqızı) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirib, fakt üzrə cinayət işi açılsa da, hələlik heç bir şübhəli yoxdur və həkimlər məsuliyyətə cəlb olunmayıb:

"Hazırda böyük bir faciə yaşadığım, 8 və 2 yaşında iki körpə qızımın yetim qaldığı məqamda, bu gün – 2 oktyabr 2013-cü ildə müəyyənləşdirirəm ki, pul naminə məni aldadıb, bu dəhşəti mənə yaşadanlar – Fərəcullah İdrisov, Hərbi Hospitalın həkimi Mahir Məmmədov və Sirus İbrahimov (anestezioloq) yenə də iş başındadırlar; yenə də əməliyyatlara girirlər".

A.Niftəliyev prezidentdən xahiş edir ki, Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işini şəxsi nəzarətə götürsün.

Xatırladaq ki, Azadlıq Radiosunun "Oxu zalı" qarşı tərəfin mövqeyini öyrənmək üçün həkimlərdən biri - Fərəculla İdrisovla əlaqə saxlayıb. O özünü qarşı tərəf saymadığını deyərək açıqlama verməkdən imtina edib və prokurorluqla əlaqə yaratmağı məsləhət görüb. F.İdrisov bildirib ki, məsələ ilə bağlı prokurorluq artıq məlumat verib, daha sonra dəstəyi asıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG