Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39
-
“Mən 9 oktyabr tarixində keçiriləcək prezident seçkisinin səsverməsində iştirak etməyəcəm”. Bunu Modern.az saytına açıqlamasında Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov deyib.
O bunu digər namizədlərə səs verməyəcəyi ilə əsaslandırıb.
“Digərlərinə də səs verə bilmərəm. Ona görə səsverməyə getməyəcəm”-deyə İ.İsmayılov vurğulayıb.
Ədalət Partiyasının sədri İctimai TV-də namizədlərin canlı debatında da iştirak etmir.
İlyas İsmayılov Azərbaycanda keçirilmiş prezident seçkilərində bundan əvvəl iki dəfə -1992 və 2003-cü illərdə namizəd olub.
10 nəfər prezidentlik uğrunda mübarizə aparır. Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG