Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:04
Azərbaycan təhsil sisteminin keyfiyyətinə görə 122 ölkə arasında 99-cudur. Məktəblərin idarəçiliyinə görə isə Azərbaycan 114-cü yerdədir.

Bunlar İnsan Kapitalı İndeksi adlı yeni hesabatdandır.

KAPİTALLARIN ƏN VACİBİ

“Hər bir ölkənin və ya qurumun gələcəyini onun adamlarının bacarığı və qabiliyyəti müəyyən edir”.

“ Bu insan kapitalı gələcəkdə kapitalların ən vacibi olacaq”.

“İnsana sərmayə qoymaq təkcə gözəl iş deyil. Bu həm də inkişaf və rifah əldə etmək üçün məcburi addımdır”.

Bu sözləri məşhur iş adamı Klaus Schwab deyir. Onun başçılıq etdiyi Dünya İqtisadi Forumu Harvard Universiteti və Mercer Consultinglə birlikdə dünyada ilk dəfə “İnsan Kapitalı İndeksi” adında yeni göstərici hazırlayıb.

İnsan Kapitalı İndeksi təhsilin, sağlamlığın ,məşğulluğun və iş mühitinin səviyyəsi əsasında müəyyən olunur.

Bu il ilk dəfə çıxan hesabatda 122 ölkə var. Azərbaycan 122 ölkə arasında ortalardadır – 64-cü yer.

Azərbaycan insan kapitalı indeksində təxminən Türkiyə (60-cı yer) , Ekvador (61), Argentina (62), Ukrayna (63), Makedoniya (65), Filippin (66), Tunis (67) səviyyəsindədir.

Azərbaycanın qonşularından Ermənistan 73-cü yerdədir, Gürcüstan 77-də.

ƏN PİS VƏZİYYYƏT SAĞLAMLIQDADIR

Azərbaycanda insan kapitalı indeksinə daxil olan sahələrdə ən pis vəziyyət insanların sağlamlığındadır. Azərbaycan 122 ölkə arasında 94-cü yerdədir.

Bu, Afrika ölkələri səviyyəsdidir. Məsələn, 95-ci yerdə Fil Dişi Sahilidir.

Qonşularla müqayisədə, məsələn, Ermənistan sağlamlığa görə, 71-ci yeri tutur. Gürcüstan bir az da irəlidə - 66-cı yerdədir.

Hesabatın sağlamlıq hissəsinin detallarına gəldikdə, Azərbaycan suya çıxışın, sanitariyanın və gigiyenanın səviyyəsinə görə 112 ölkə arasında 84-cü, səhiyyənin keyfiyyətinə görə 75-ci yerdədir.

TƏHSİL?

İnsan Kapitalı indeksində ikinci ən pis vəziyyət təhsildədir.
Azərbaycan burda 71-ci yerdədir.

Bu isə o deməkdir ki, məsələn, Azərbaycanda təhsilin vəziyyəti Tunisdəkindən pisdir. Tunis 70-ci yerdədir. Kolumbiya 72 –ci yerdə.

Yenə qonşularla müqayisə etsək, Ermənistan təhsilə görə, 60-cı yerdədir, Gürcüstan 74-cü yerdə.

Təhsilin detallarına keçsək, Azərbaycan təhsil sisteminin keyfiyyətinə görə 122 ölkə arasında 99-cu, riyaziyyat və təbiət elmləri fənnlərinin tədrisinin keyfiyyətinə görə 93-cü yerdədir.

Ən pis vəziyyət isə məktəblərin idarəçiliyindədir.

Azərbaycan məktəblərin idarəçiliyinin keyfiyyətinə görə 114-cü yerdədir.

Azərbaycan işçi qüvvəsinin , məşğulluğun və iş mühitinin səviyyəsinə görə isə 55-ci yeri tutub.

Ermənistan işçi qüvvəsi və məşğulluğa görə 122 ölkə arasında 113-cü yerdə, Gürcüstan 102-dədir.

İSVEÇRƏ BİRDƏDİR

Dünya üzrə İnsan Kapitalı İndeksi cədvəlinə isə İsveçrə başçılıq edir.

İsveçrə əhalisinin sağlamlığına və məşğulluğuna görə dünyada 1-ci, iş mühitinə görə 2-ci, təhsiliə görə 4-cüdür.

Cədvəldə sonrakı yerlərdə:
Finlyandiya (2)
Sinqapur (3)
Niderland (4)
İsveç (5)
Almaniya (6) gəlir. Britaniya 8-ci, ABŞ 16-cı yerdədir.

Şərhləri göstər

XS
SM
MD
LG