Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:19

Rusiyada saxlanan 30 ekoloqdan 5-nə qarşı irəli sürülüb


Foto arxiv
Foto arxiv
Rusiyanın Arktikada neft çıxarmaq planına etiraz edərkən saxlanan 30 fəaldan 5-nə qarşı dəniz quldurluğu ilə bağlı ittiham irəli sürülüb.Qrinpis təşkilatının saytında gedən məlumatda onlar Braziliya, Britaniya, Rusiya, Finlandiya və İsveç vətəndaşlarıdır.Təşkilat ittihamı cəfəngiyyat adlandırıb.

Sentyabrın 19-da Qrinpis təşkilatının 30 üzvü Rusiyanın Peçorsk dənizindəki neft platformasına qalxmaq istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanıblar.

Human Rights Watch təşkilatı çərşənbə axşamı Rusiya hakimiyyətini ekoloqları azad etməyə çağırıb.
XS
SM
MD
LG