Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

S. Əbiyev Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb



“Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac var. Əks təqdirdə bölgədə arzu olunmayan ağır problemlər yaranacaq”.

Bunu oktyabrın 2-də müdafiə naziri Səfər Əbiyev Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edəndə deyib.

Nazir bildirib ki, müharibə hələ bitməyib:

“Tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq”.

Görüş zamanı səfir Dimitrios Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG