Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:57

AŞPA-da "Azərbaycan insan hüquqları" adlı müzakirə keçirilib



Azərbaycanlı hüquq müdafiəçiləri və beynəlxalq hüquq müdafiə qrupları oktyabrın 1-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının binasında “Seçkiqabağı təzyiqlər: “Azərbaycanda insan hüquqları” adlı müzakirə keçirilib.

Tədbirdə Estoniya, Almaniya, İrlandiya, Latviya, Polşa, Rumıniya və Birləşmiş Krallıqdan deputatlar daxil olmaqla təxminən 70 nəfər iştirak edib.

İnsan Hüquqları Klubu Azərbaycanda siyasi motivli ittihamlarla həbsdə olan 142 şəxsin işi barədə sənəd təqdim edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun hesabatı isə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi vəziyyətini əhatə edib.

Qurumun sədri Emin Hüseynov deyib ki, ifadə azadlığına təzyiqlər xüsusilə çoxdur və bu, 9 oktyabr prezident seçkisinin azad və ədalətli keçirilməsi şanslarını aradan qaldırır.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks Azərbaycanda ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının davamlı şəkildə pozulmasından, həmçinin bu hüquqların həyata keçirilməsinə görə tutulma və həbs hallarından narahatlığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG