Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:46

Müstafa Hacılı polis bölməsinə çağırılıb


-
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Müstafa Hacılı dünən axşam saatlarında Xətai rayon 34 saylı polis bölməsinə çağırılıb.

Bu haqda Mustafa Hacılı özü məlumat verib.

M.Hacılının polisə çağırılması C.Həsənlinin sentyabrın 29-da “Bakı” kinoteatrında keçirdiyi görüşlə bağlı olub. Həmin görüşdə bir neçə şəxs Cəmil Həsənlinin çıxışına mane olmağa, əleyhinə şüarlar səsləndirməyə cəhd ediblər. Görüşün təşkilatçısı kimi M.Hacılı bu adamları polisə göstərərək zaldan çıxarılmalarına nail olub.

Görüşdən sonra isə həmin adamlardan biri polisə şikayət edib. Görüş vaxtı arxadan başına yumruq vurulduğu, zərbə nəticəsində burnunun oturacağa dəyərək qanaması barədə şikayət edib.

Mustafa Hacılı da elə bu şikayətə görə dindirilib.
XS
SM
MD
LG