Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

2-ci gündür ki, ABŞ-da bir çox dövlət müəssisələri işləmir


Foto arxiv

Foto arxiv

İkinci gündür ki, ABŞ-da bir çox dövlət müəssisələrində iş dayandırılıb.Buna səbəb Senatla Nümayəndələr palatasının yeni büdcə layihəsi ilə bağlı razılığa gələ bilməməsidir.

Ağ ev bildirib ki, prezident Barack Obama hökumətin müəyyən hissəsində işin bərpa edilməsi ilə bağlı istənilən natamam qərara veto qoyacaq.Bəyanatda bunun hökuməti idarə etmək üçün yol olmadığı bildirilir.

Prezident Barack Obama Nümayəndələr palatasını məsələylə bağlı razılığa gəlmək istəməməkdə günahlandırıb.Öz növbəsində Nümayəndələr palatasının sədri Con Boner (John Boehner) Senatı respublikaçıların etirazı ilə bağlı danışıqlara getmək istəməməkdə günahlandırırb.

Nümayəndələr palatası 2010-cu ildə prezident Barack Obamanın təşəbbüsü ilə tibbi sığorta sistemi sahəsində qəbul edilən islahatlara qarşı çıxırlar.

Bu son 17 il ərzində ilk belə haldır. Amma bu ordu, poçt , hava reysləri və milli təhlükəsizlik baxımından vacib olan digər sahələrə aidd deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG