Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

Liviyada 8 minə yaxın adam məhkəməsiz həbsdə saxlanılır


-
Liviyada 8 minə yaxın adam məhkəməsiz həbsdə saxlanılır.

Onlar keçmiş diktator Muammar Gaddafi rejimini dəstəkləməkdə ittiham olunur.

Bu haqda BMT-nin insan haqları bürosunun hazırladığı hesabatda bildirilir.

Hesabatda deyilir ki, cəzaçəkmə yerlərində məhkumlara qarşı işgəncələrdən istifadə olunur. 2011-ci ildə işgəncədən 27 məhbus ölüb. Bu il isə işgəncə nəticəsində 11 nəfər ölüb.

“İstintaqa lazım olan ifadənin alınması üçün həbs olunanlara qarşı işgəncə metodları adətən həbsdən dərhal sonra və dindirmənin ilk günü tətbiq olunur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG