Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:02

Gəncə: seçici siyahısında 167 min 251 nəfərin adı var


Arxiv foto
Arxiv foto
-
Gəncədə bu günə olan məlumata görə, seçici siyahılarında 167 min 251 nəfərin adı yerləşdirilib.
Bu barədə Gəncədəki seçki dairələrindən məlumat verilib. Bundan başqa bildirilib ki, prezident seçkilərinə kimi 2046 nəfərin 18 yaşı tamam olacaq və onlar ilk dəfə olaraq seçicilik hüquqlarından istifadə edəcəklər.
Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə və 107 məntəqə seçki komissiyası var. Dairə seçki komissiyalarından verilən məlumata görə bu il keçiriləcək prezident seçkilərində Gəncədən olan 40 məntəqədə vebkameralar vasitəsi ilə seçkilər birbaşa internet vasitəsiylə yayımlanacaq.
Gəncədə 1062 nəfə müşahidəçi qeydiyyatdan keçib. Onlardan 113 nəfəri siyasi partiyaların xətti ilə 949 nəfəri isə öz təşəbbüsü ilə seçki prosesini izləyəcək. Bundan başqa ATƏT-in uzunmüddətli müşahidəçilərindən də 4 nəfəri Gəncədə Dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
XS
SM
MD
LG