Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:34

İsmayıllıda uşaq poliklinkasının müdiri seçicilərin seçiminə qarışır?


Arxiv foto
Arxiv foto

İsmayıllıda müxalifətçilər rayon uşaq poliklinikasının müdiri Vidadi Rəhimovdan şikayətçidilər.

Müxalifətçilərin sözlərinə görə, müdir mütəmadi olaraq öz tabeçiliyindəki işçiləri yığaraq onlara bildirir ki, əgər seçkidə İlham Əliyevə səs verməsələr işdən çıxarılcaqlar.

AXCP rayon şöbəsinin sədri Sadiq Umudlu qeyd edir ki, sadəcə indi təziqlərə məruz qalan işçilərin adını çəkib onlara problemlər yaratmaq istəmirlər:

“Bütün büdcədən maliyyələşən təşkilatlarda çalışanlar YAP-in namizədinə səs vermələri üçün təhdid olunurlar”.

Müsavat partiyasının yerli şöbəsinin sədri Vidadi Həmidli də deyir ki, belə məlumatlar artıq onda təəccüb doğurmur:“Bu gözlənilən idi. Belə hallarla dəfələrlə üzləşmişik”

“MƏNİM ÜÇÜN PREZİDENTİN KİM OLACAĞININ FƏRQİ YOXDUR”

Uşaq poliklinikasının müdiri Vidadi Rəhimov isə haqqında deyilənlər böhtan adlandırır:

“İşləri peşələri qurtarıb, indi də şantaja, böhtana keçiblər. Qanun- qayda ilə gedən bir işə, adi həkim kimdir ki, nə isə müdaxilə edə? Mən heç kimi deyilən işlərlə bağlı çağırıb hədələməmişəm. Azad seçkidir, demokratik cəmiyyətdə yaşayırıq. Kim kimə istəsə səs verə bilər. Bir də ki, məni kimin prezident seçiləcəyi narahat etmir. Camaat kimi seçəcəksə, hamı kimi mən də onu biləcəm. Özümüzün o, qədər görülməsi vacib olan işlərimiz var ki. Bunların sözündən belə çıxır ki, biz ancaq seçki ilə məşğul oluruq. Bunları deməkdənsə bircə nəfəri gətirsinlər ki, doktor sən bu şəxsin də iştirakı ilə bu sözü demisən. Mən həmən dəqiqə ərizəmi yazıb işdən çıxmağa hazıram, sonrada cəzamı çəkməyə hazıram”.
XS
SM
MD
LG