Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:00

Toy karvanlarının bədbəxtlik gətirən tərəfləri


Vaqif Əsədov
Vaqif Əsədov
-
2 oktyabr - AzadlıqRadiosu Azərbaycanın media icmalını hazırlayıb:

Bu ilin ilk 8 ayı ərzində Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 24 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Bu haqda Trend-ə Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, əhali tərəfindən daxil olan şikayətlərdən sonra sentyabr ayı ərzində 36 "toy karvanı" yollardakı müşahidə kameraları vasitəsilə nəzarətə götürülüb.

Nəticədə "toy karvanları"nda iştirak edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan 3 sürücü inzibati məsuliyyətə cəlb edilib.

"Toy karvanları"nın hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını pozması ilə bağlı 60 fotomaterial hazırlanıb: "Hətta yol hərəkəti qaydalarını pozduğuna görə, 2 halda bəy və gəlin onları daşıyan bəzədilmiş "bəy-gəlin" avtomobilindən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü avtomobili işıqforun qırmızı işığında saxlamadığına görə saxlanıb və məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur. İkinci halda isə "bəy-gəlin" avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb".

500 MİN EVİN PROBLEMİ NİYƏ HƏLL OLUNMADI?

“Bizim Yol” qəzeti yazır ki, yenidən Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki yaşayış evlərinin söküntüsü həyata keçirilib. 10-a yaxın ev və digər obyektlər sökülüb.

Qəzet prezident İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısı Hacıbala Abutalıbova tapşırıq verdiyini xatırladır.

“Prezidentin müşavirədəki çıxışından iki il ötüb. Üstəlik, Prezident ötən il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam da imzalayıb.

İlham Əliyev (Arxiv foto)
İlham Əliyev (Arxiv foto)
Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb. Ancaq iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər təqdim edilməyib.

YAŞLI NƏSLƏ OLAN MÜNASİBƏT AZƏRBAYCANI TAM ŞƏKİLDƏ SOSİAL DÖVLƏT KİMİ TƏCƏSSÜM ETDİRİR

“Yeni Azərbaycan” qəzeti prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etməsindən yazır.

Prezident bildirib ki, “bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. İldən-ilə artan pensiyalar, maaşlar, ünvanlı sosial yardım, - 120 min ailə sosial yardım alır, - son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşmüşdür. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür.

Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir. Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir”.

XALQI ƏLİYEVİN BOYUNDURUĞUNDAN QURTARMAĞIN ZAMANIDIR

Norveçdə mühacirətdə olan İsa Sadıqov “Azadlıq” qəzetinə məqalə yazıb.

Arxiv foto
Arxiv foto
Məqalədə deyilir ki, “Norveçdə bu yaxınlarda seçki keçirildi və bütün uğurlarına baxmayaraq, hakim partiya səslərin əksəriyyətini qazana bilmədi, seçkiləri uduzdu. Ona görə Norveçdə yaxın zamanlarda yeni hökumət formalaşdırılacaq. Norveçlilər inanırlar ki, yeni hökumət onların həyatını daha yaxşıya doğru dəyişəcək. Əgər yeni hökumətə bəslənən ümidlər doğrulmasa, dörd il sonra onlar səs ala bilməyəcəklər. İndi isə Azərbaycana qayıdaq. Xeyli sayda problemin həllini tapmadığı, həyat səviyyəsinin aşağı olduğu, korrupsiya və özbaşınalığın geniş yayıldığı, ərazisinin 20 faizi işğal altında olan ölkədə oktyabrın 9-da prezident seçkiləri keçiriləcək. Azərbaycanın bir milyondan artıq vətəndaşı Qarabağ müharibəsi nəticəsində qaçqın düşüb, üç milyon insan sosial vəziyyətin ağırlığından ölkəni tərk edib. Atəşkəs dövründə 5 mindən artıq əsgər və zabitimiz həlak olub. Bu siyahıda ən kiçik məmurun belə, övladının adını tapa bilməzsiniz”.

VƏKİLLƏRİ PƏRVİZ HƏŞİMLİ İLƏ BAĞLI ZİDDİYYƏTLİ XƏBƏRLƏR VERİRLƏR

Bu haqda “Yeni Müsavat” qəzeti yazır. Həbs olunmuş jurnalist Pərviz Həşimlinin vəkillərindən biri Anar Qasımlı qəzetə deyib ki, “ona işgəncə verilməyib, Əli Kərimlinin əleyhinə ifadə alınmağa cəhd göstərilməyib”. Vəkil Elçin Sadıqov isə deyib ki, “o sağ dirsəyindən, sağ ayağından xəsarət alıb, ondan dəfələrlə Əli Kərimli əleyhinə ifadə almağa cəhd göstəriblər”.

AZƏRBAYCANLI ZƏVVARLAR MƏKKƏDƏ SƏS VERƏCƏKLƏR

Modern.az saytı yazır ki, Azərbaycan zəvvarlarının səsvermə hüquqlarından yararlanması üçün Səudiyyə Ərəbistanı hökuməti ilə danışıqlar aparılır.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, səsvermə günü Məkkədə olacaq 4 minə qədər zəvvar elə həmin ölkədə səs verməlidir. Lakin
MSK-nın binası
MSK-nın binası
əsvermənin zəvvarların qaldığı oteldə, yoxsa Ər-Riyadda yerləşən səfirlikdə yaradılan sekçki məntəqəsində baş tutacağı hələ dəqiq deyil.

JURNALİSTLƏR SEÇKİDƏ EHTİYATLI DAVRANMALIDIR

“Seçkilərdə müşahidəçinin müşahidə aparmaqdan başqa heç bir hüququ - kiməsə təzyiq göstərmək, mübahisə etmək hüququ yoxdur”.

APA agentliyinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. O bildirib ki, istər yerli, istərsə də beynəlxalq müşahidəçi aşkar etdiyi qanunsuzluq faktı ilə bağlı yalnız öz mərkəzinə məlumat verməlidir və bunu ictimailəşdirməyə ixtiyarı yoxdur.

MSK-nın sədr müavini jurnalistlərə də tövsiyələr verib. N. Məmmədov qeyd edib ki, jurnalist müstəntiq deyil: “Jurnalist seçiciyə yaxınlaşıb kimə səs verdiyini soruşa bilməz, bu, qanuna ziddir. Jurnalist yalnız ümumi prosesləri müşahidə edib, hadisələri izləyə bilər. Jurnalist təşəbbüsdən o yana keçə bilməz”.

N. Məmmədov xəbərdarlıq edib ki, jurnalistlər seçkidə ehtiyatlı davranmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG