Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

İş vaxtı Facebook-da tutulanda...


-
Facebook-dan birbaşa şərh yaz

Sosial şəbəkələrin iş dünyasına bəxş etdiyi faydalarla yanaşı, mənfi təsirləri də tez-tez müzakirə edilir. Bəzi müəssisə rəhbərləri hesab edirlər ki, sosial şəbəkələr məhsuldarlığı azaldır, həm də təhlükəsizlik baxımdan güvənli deyillər. Çıxış yolunu iş vaxtı sosial şəbəkələrə girişi qadağa etməkdə görən rəhbərlər da var.
Sosial şəbəkələr işçilərin kariyerasına necə təsir edir? İş vaxtı sosial şəbəkələrdən istifadəni necə tənzimləmək olar? Azadlıq FM-də müzakirə etmişik:
Jurnalist Aytən Məmmədova:
- Bəzi iş yerlərində sosial şəbəkələrə qadağa var. Ancaq jurnalistlərə bu cür qadağa olunması doğru deyil.
- Bu gün xəbərlərin böyük əksəriyyətini Facebook-dan alırıq.
- Facebook daha çox vaxtımızı almasın deyə çatı bağlamaq lazımdır. Çünki istər-istəməz onlayn olarkən bizə yazılanları cavablamalı oluruq.
Şəxsi inkişaf üzrə mütəxəssis Toğrul Ələkbərov:
- Facebook iş zamanı fikirləri yayındırır.
- İş vaxtı sosial şəbəkələrə qadağalar yox müəyyən limit qoymaq daha məqsədə uyğundur. Rəhbərlilklə işçilər arasında bir növ razılıq olmalıdır.
- Facebook təkcə status yazmaqdan ibarət deyil. Status yazmayan ancaq gününün çox hissəsini facebookda keçirən insanlar var.
Psixoloq Elnur Rüstəmov:
- Rəhbərliyin işçilərin sosial şəbəkələrə girişinə qadağa qoyması onlarda aqressiya, narazılıq yaradır.
- İş vaxtı sosial şəbəkələrdən istifadə diqqət dağınıqlığı yaradır, işə adaptasiyanı çətinləşdirir.
- Hər bir fərd şüurlu şəkildə vaxtını tənzimləməli, sosial şəbəkələrdə mümkün qədər az vaxt sərf etməyə çalışmalıdır.

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:

Şərhləri göstər

XS
SM
MD
LG