Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

İranın xarici işlər naziri israilli həmkarını pisləyib


Mohammad Javad Zarif

Mohammad Javad Zarif

İranın xarici işlər naziri Javad Zarif İsrailin baş naziri Benjamin Netanyahunu böhtan yalançılıqda ittiham edib.O yerli televiziyaya müsahibəsində bildirib ki, Netanyahu İranın nüvə proqramı məsələsində beynəlxalq aləmi azdırır. Zarif qeyd edib ki, İsrail rejimi 22 ildir bəyan edir ki, İran 6 aydan sonra nüvə bombası istehsal edəcək.

Netanyahu bazar ertəsi ABŞ prezidenti Barack Obama ilə görüşüb və onu nüvə proqramına görə İsrailə təzyiq göstərməyə çağırıb. Obama isə görüşdə bu problemin diplomatik yolla həllinə ümidlə yanaşdığını qeyd edib.

Beynəlxalq aləm İranı gizlicə nüvə proqramı üzərində işləməkdə günahlandırır.Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG