Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:35

Naryshkin:"Rusiya gömrük ittifaqına girmək üçün heç bir ölkəyə tızyiq göstərmir"


Sergei Naryshkin

Sergei Naryshkin

“Rusiya Ukrayna və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, amma onlar suveren dövlətlərdir və qərarlarını özləri qəbul edirlər. Rusiya onlara hər hansı təzyiq göstərmir”.

APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Naryshkin Avropa Şurası Parlament Assambleyasının sessiyasında suallara cavab verərkən deyib.O qeyd edib ki, ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqı və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağın faydaları barədə informasiya verib, seçim onlarındır.

Qeyd edək ki, Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaq üçün 3 illlik danışıqlardan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib.
Və bu Avropa Birliyinin kəskin etirazına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG