Keçid linkləri

Təcili xəbərlər

Facebook statuslarını redaktə edə bilərsən


Arxiv foto
Arxiv foto
-
Əgər avtoredaktə sənin Facebook statusunu pozubsa, duaların qəbul olunub. Sən bu postu bərpa edə bilərsən. Facebook statusunu yeniləmək, daha doğrusu redaktə etmək imkanı yaradıb.

Android sistemində də Facebook kiçik proqram "statusu, şərhin redaktə etmək və bütün dəyişiklikləri görmək imkanı" yaradıb.

Mashable əməkdaşları bu funksiyanı Android sistemini dəstəkləyən bütün cihazlarda sınaq keçirmək istəsə də, hələlik təcrübə müsbət nəticə verməyib.

Facebook Mashable-ə təsdiqləyib ki, bu funksiya Android sistemində yaxın vaxtlarda işləyəcək.

Amma redaktə prosesi bir təhlükə yaradır: Məsələn, sən "Dondurma istərdin?" statusu yazıbsan və bu statusu yüzlərlə bəyənən olub, şərhlər var. Sən bu postu "Bir neçə pişiyi kim döymək istər?" yazaraq redaktə etsən, nə Like-lər silinəcək, nə də şərhlər.

Amma Facebook bu təhlükəni önləmək üçün istifadəçilərə redaktə tarixçəsinə baxmaq imkanı da yaradır. İstifadəçilər çoxdandır paylaşdıqları fotonun başlığını, o cümlədən şərhlərini də redaktə edə bilirlər.
XS
SM
MD
LG