Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:31
ABŞ Konqresi hökuməti maliyyələşdirmək üçün müvəqqəti büdcə barədə razılığa gələ bilmədiyindən , ölkədə bir çöx müəssisələrin bağlanmasına başlanıb.

Bu son 17 il ərzində ilk belə haldır.

Amma bu ordu, poçt , hava hərəkəti və milli təhlükəsizlik baxımından vacib olan digər sahələrə aidd deyil.Prezident Barack Obama ABŞ-ın Əfqanıstan və digər ölkələrdə apardığı hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

Hələlik bunun nə qədər davam edəcəyi bəlli deyil. Əgər bu uzun sürsə ABŞ və dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Respublikaçıların çoxluq təşkil etdiyi nümayəndələr palatası 2010-cu ildə prezident Barack Obamanın təşəbbüsü ilə tibbi sığorta sistemi sahəsində qəbul edilən islahatları məhdudlaşdırmaq, bu məsələni büdcə ilə bağlamaq istəyirlər.Demokratların çoxluq təşkil etdiyi Senat isə bunun qarşısını alıb.

Obama tərəfləri məsələ ilə bağlı razılığa gəlməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG