Keçid linkləri

Təcili xəbərlər

Spamlar sosial mediaya üz tutub


Arxiv foto
Arxiv foto
-
Elektron ünvanlarda spamların qarşısını almaq imkanı yaxşılaşdıqca, spamlar sosial mediaya üz tutub.

Bu ilin birinci yarısında sosial mediada spamlar 350 faiz artıb.

Bu məlumatı Nexgate qrupu Sosial Media Spam Hesabatında açıqlayıb.

Qrup 2011-2013 illər ərzində Facebook,Twitter, Google+, YouTube və LinkedIndən toplanmış 60 milyon məzmunu saf-çürük ediblər.

Araşdırmaçılar deyirlər ki, bütün sosial mediada yayılan spamların yalnız 15 faizinin spam olduğunu müəyyənləşdirmək mümkündür.

Tədqiqata görə spam yayanlar sosial mediada spamı yaymaq üçün müxtəlif yollar bilirlər. Məsələn, "bura tıkla", "pulsuz", "ooho" işarələri altında spam yayıla bilir.

Mashable-in məlumatına görə, tədqiqat onu da aşkar edib ki, Facebook və YouTube-da spam digər şəbəkələrdən daha çox yayılır.
XS
SM
MD
LG