Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:30

Prezidentliyə namizəd Cəmil Həsənlinin sentyabrın 29-da “Bakı” kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı polis araşdırmaya başlayıb.

Bakı şəhər sakinləri Polad DünyamalıyevAzər Əliyev sentyabrın 30-da Xətai rayon Polis İdarəsinə müraciət ediblər. Müraciətlərində prezidentliyə namizəd Cəmil Həsənlinin "Bakı" kinoteatrında seçicilərlə görüşündə səsləndirdiyi fikirlərə etiraz etdiklərinə görə döyüldüklərini bildiriblər.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı isə bildirir ki, kinoteatrın zalından həmin şəxsləri polis özü çıxarıb.

"Orada heç kim döyülməyib. Cəmil Həsənlinin tərəfdarları bu şəxslərin təxribatçı olduqlarını əvvəlcədən bildiklərinə, bu işin qurama olduğuna anladıqlarına görə heç onlara yaxın da durmayıblar. Biz polisə müraciət etdik və həmin şəxsləri zaldan polis özü çıxarıb. Heç bizim onlara əlimiz belə dəyməyib".

Gülağa Aslanlı onu da əlavə edir ki, bütün bunlar Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının gözü qarşısında baş verib.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli sentyabrın 29-da "Bakı" kinoteatrında seçiciləri ilə görüş keçirib. Görüşdə çıxış edərkən zalda ön sırada oturan bir neçə nəfər C.Həsənliyə etiraz etməyə başlayıb. Bundan sonra onlar zaldan çıxarılıb və görüş davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG