Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Oktyabrın 27-də saatlar bir saat geri çəkilir


-
Oktyabrın 27-də Azərbaycan qış vaxtına keçir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, oktyabrın 27-də saat 05:00-da Azərbaycanda saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG