Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52
-

Oktyabrın 23-dən noyabrın 2-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin yayadığı xəbərə görə, bu dəfə də dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər Bakının qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Coşua Redman, Kenni Qarret, Avişai Koen, Markus Miller, Bob CeymsDeyvid Senborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.

Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG