Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

I sinifə qəbul qaydaları dəyişdirilib



Azərbaycanda I sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya həyata keçirəcək. 6 yaşı tamam olan, əqli və fizioloji cəhətdən inkişaf şərtləri ilə yanaşı uşağın məktəbin xidməti ərazisində yaşaması da nəzərə alınacaq.

Məktəbin I sinfinə hər il sentyabrın 15-dək qəbul aparılacaq. Bundan gec müraciət edənlər Təhsil Nazirliyinin icazəsi olmadan qəbul oluna bilməz.

Müxtəlif səbəblərdən I sinfə qəbul edilməyən 8 yaşdan yuxarı uşaqların müraciətlərinə Təhsil Nazirliyində fərdi qaydada baxılacaq. Eləcə də xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi müvafiq qaydalara uyğun aparılacaq.

Yeni qaydalara əsasən, Azərbaycanda məktəblərə şagirdlərin qəbulu I və X siniflər üzrə həyata keçirilir.

Məktəb direktorlarının rəhbərlik edəcəyi komissiyaya təhsil nazirinin əmri ilə təsdiq olunun uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının nümayəndələri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG