Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Həbsdə olan ilahiyyatçı Tale Bağırov barəsində başlanan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün sentyabrın 30-da məhkəməyə göndərilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, işə Sabunçu rayon Məhkəməsi baxacaq:

"Biz ehtimal edirdik ki, Taleyə qarşı əlavə ittihamlar irəli sürüləcək. Elə saxlananda hansı ittiham irəli sürülmüşdüsə həmin ittihamla da iş məhkəməyə göndərilib".

Tale Bağırov martın 31-də həbs edilib. Qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Özü isə ittihamı qəbul etmir, hakimiyyəti pislədiyi üçün həbs edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG