Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Baş prokurorluq Milli Şuraya qarşı araşdırma aparır



Baş prokurorluq Milli Şuraya qarşı araşdırma aparır

"El" Hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun ifadəsi əsasında aparılan araşdırma davam edir.

APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında bunu baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, Əflan İbrahimovun prokurorluğa təqdim etdiyi sənədlərdə Milli Şura seçkiöncəsi və seçkidən sonra qanuna zidd hərəkətlər planlaşdırır:

“Biz də bu araşdırmanı çox ciddi şəkildə davam etdiririk. Hamı bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq”.

Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvlərinin ölkədə ictimai-siyasi sabitliyin pozulması, Bakıda və digər şəhərlərdə seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqlar aldığı bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG