Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

Z.Qaralov E.Abdullayevin ekstradisiyası ilə bağlı danışıb



Baş prokuror: "Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub".

Azərbaycanın baş Prokuroru Zakir Qaralovun sözlərinə görə, Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin Azərbaycana qaytarılmasına əmin olduğunu bildirib.

APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Zakir Qaralov E.Abdullayevin ekstradisiyası üçün müvafiq qurumlara müraciət olunub:

“Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq” – deyə baş prokuror bildirib.

Qeyd edək ki, E.Abdullayev barəsində Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb.

O, istintaqdan qaçıb xarici dövlətdə gizlənmə ittihami ilə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunub. O, hazırda beynəlxalq axtarışdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG