Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:11

Roberto Mancini Qalatasarayla 3 illik müqavilə imzaladı


Foto arxiv
Foto arxiv
Tanınmış italiyalı məşqçi Roberto Mancini Türkiyənin "Qalatasaray" klubu ilə 3 illik müqavilə bağlayıb.Bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.Galatasarayın əfsanəvi oyunçusu Tuqay Kərimoğlu isə onun köməkçisi olacaq.

Qəzetin yazdığına görə artıq Mancini axşam saatlarında komandanın məşqinə qatılıb.Bununla "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la görüşə yeni baş məşqçisi ilə çıxacaq.

Bundan əvvəlki məlumatlarda ona illik 4,5 milyon avro təklif olunduğu bildirilirdi.

Mancini bundan əvvəl "Mançester Siti"nin məşqçisi olub.
XS
SM
MD
LG