Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:34

Cəmil Həsənli Hafiz Hacıyevin namizədliyinin ləğvini istəyir


-
Prezidentliyə namizəd Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciətdə bildirilir ki, sentyabrın 28-də İctimai Televiziyada prezidentliyə namizədlərin debatı zamanı Hafiz Hacıyev «növbəti dəfə qeyri-etik və əxlaqdan kənar formada Cəmil Həsənlinin və Milli Şuranın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir edib».

Prezidentliyə namizəd hesab edir ki, Hafiz Hacıyev təkcə onu və Milli Şuranı təhqir etməyib, həm də geniş tamaşaçı auditoriyasına hörmətsizlik göstərib:

«Lakin bütün bunlara baxmayaraq, verilişin aparıcısı Hafiz Hacıyevin bu cür hərəkətlərinə imkan yaradıb, onun çıxışını dayandırmağa belə cəhd göstərməyib. Belə cəzasızlıq mühitində istədiyi əxlaqdan kənar ifadələrə və hərəkətlərə yol verən bu «namizəd» məni həm də öldürməklə hədələyib».

Cəmil Həsənli bütün bunları nəzər alaraq MSK-nın qanunla üzərinə düşən vəzifəni yerinə yetirməsini istəyib. Yəni prezidentliyə namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğv edilsin və onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edilsin.

Milli Şuranın namizədi həmçinin sözügedən debatın aparıcısı barədə müvafiq tədbir görülməsini də xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG