Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

Yəməndə yaraqlılar hərbi bazanı ələ keçiriblər


Yəməndə yaraqlılar Əl Mukala şəhərindəki hərbi bazanı ələ keçiriblər.
Onların Əl Qaidə ilə əlbir olduqları güman edilir.Məlumatlara görə, hücum edənlər Yəmən ordusunun formasında olublar.

Ölknin daxili işlər nazirliyi məlumatı təsdiqləyib.Nazirlik 2 əsgərin öldürüldüyünü, 6-nın isə yaralandığını bildirir.Hücum edənlər regional hərbi qüvvələrin komandanı Muhsen Hasan da daxil olmaqla bir neçə nəfəri girov götürüblər.

Hərbçilərin sözlərinə görə hazırda bazanın ərazisində döyüş gedir, kömək üçün əlavə qüvvələr göndərilir.

İslamçı yaraqlıların sentyabrın 20-də ölkənin cənubundakı obyektə hücumu nəticəsində azı 56 hərbçi ölüb.
XS
SM
MD
LG