Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Kiçikboyludur, amma böyük əsərlər yaradır…


-
Azərbaycanda Fransız İnstitutu (L'Institut Français d'Azerbaïdjan) bakılıları oktyabrın 4-də saat 19-da original bir sərgiyə dəvət edir.
İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, bu, rəssam Çingiz Əzizovun akvarel sərgisidir.
Xəbərdə deyilir ki, Çingiz Əzizov kiçikboyludur, amma böyük şəxsiyyətdir.
İstedadlı akvarelçi kimi sovet dövründən tanınmağa başlayıb.
Onun yaratdığı parlaq əsərlər insanlara böyük mənəviyyat aşılayır.
Rəssamın bir çox əsərlərini Moskvanın Tretyakov qalereyasında da görmək olar.
Xəbərdə vurğulanır ki, rəssam kəndbəkənd gəzib əsərlər yaradıb, köçəri sərgilər təşkil edib və on il yaşadığı Qafqaz dağlarından sonra yenidən Bakıya qayıdıb.
Fransız institutu bu sərginin açılışını onun paytaxta gəlişini qeyd etmək üçün bir fürsət kimi dəyərləndirib.
Sərgidə rəssam əsərlərinin tarixini canlı surətdə tamaşaçılara danışacaq.
Odur ki, akvarel sərgisinin açılışını "Çingiz Əzizovun rəsm əsərləri ətrafında » adlı axşam da adlandırmaq olar.
Görüş azərbaycan və rus dillərində keçiriləcək və fransız dilinə tərcümə ediləcək.
Sərgi oktyabrın18-dək açıq olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG