Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:52
-
Nəsimi Rayon Məhkəməsi AXCP üzvü Dəyanət Babayevə hökm oxunmasını təxirə salıb. Proses sentyabrın 30-da keçirilməli idi.
“Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib: “Məhkəməyə gecikdiyim üçün prosesi 5-10 dəqiqə gec başlamağı xahiş etmişdim. Hakim isə prosesi oktyabrın 11-nə keçirib”.
Dəyanət Babayev digər AXCP üzvü Musa Rahimlə birgə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol verməkdə, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib ona yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunur. Ötən həftə prokuror Dəyanət Babayevə 4 il həbs cəzası verilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG