Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53
-
Azərbaycanda iqtisadiyyat 1995-ci ildən bəri azı 8 dəfə artıb. Ancaq insanların üzü gülmürsə, bu artımın əhəmiyyəti nə qədərdir?

Azərbaycan müsbət əhval indeksində 143 ölkə arasında 134-cü yeri tutub.

Azərbaycandan 8-9 pillə aşağıda – axırıncı yerlərdə İraq və Suriyadır.

Gallup 143 ölkədə 15 yaşından yuxarı insanlardan soruşub ki, “dünən doyunca gülmüsənmi və ya nədənsə doyunca ləzzət almısanmı və ya özünü doyunca dincəlmiş hiss etmisənmi və yaxud özünü hörmətli bir insan sanmısanmı və ya dünənki gündə maraqlı nəsə öyrənmisənmi və ya etmisənmi?”

Bu suala hər bir ölkədə hər 100 nəfərdən neçəsi “hə” cavabı veribsə, Gallup bunu həmin ölkənin “Pozitiv Təcrübə İndeksi” adlandırır.

Azərbaycanda “hə” cavabı verənlər 55 faizdir. Başqa sözlə, Azərbaycanda cavab verənlərin 45 faizi dünənki gününü sevinclə yad etməyib.

Dünya üzrə “hə” deyənlər, müqayisə üçün, 73 faizdir.

Azərbaycandan daha bədbin əhval yalnız Ermənistanda və Gürcüstandadır – burda “hə” cavabı verənlər 53 faizdir. Belarusda eyni dərəcədə insanların üzü gülmür – 53 faiz.

143 ölkə arasında pozitiv əhval indeksində axırıncı yerlərdə olanlar:

Monteneqro – 52 faiz
Serbiya – 52 faiz
İraq – 47 faiz
Suriya - 46 faiz.

Gallup-ın sorğusunda birinci yerlərdə olanlar :


Paraqvay – 86 faiz
Venesuela - 86 faiz
Panama - 84 faiz
Kosta Rika – 84 faiz
Kolumbiya – 83 faiz
Küveyt – 83 faiz
.....
İsveçrə - 80 faiz
....
İsveç – 79 faiz
...
ABŞ – 77 faiz.

Gallup yazır ki, bu sorğu ilə hər bir ölkədə insanların öz həyatlarını özlərinin necə qiymətləndirməsini öyrənib. Gallup-ın gəldiyi bir nəticə odur ki, bütün dünya üzrə göstəricilərə görə, gəliri yuxarı olanlarda (ayda 6500 dollardan yuxarı) gəlirin səviyyəsinin gündəlik emosiyalara elə bir böyük təsiri yoxdur. Başqa sözlə, pulu çox olanlar fikirləşir ki, xoşbəxlik ya bədbəxlik pulda deyil.

Gallup hesab edir ki, onun sorğusu, faktiki olaraq,puldan asılı olmayaraq, insanların özlərinin öz gündəlik əhvallarını necə qiymətləndirdiyini göstərir.

Şərhləri göstər

XS
SM
MD
LG