Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:01

Ermənistanda Qurgen Marqaryana heykəl qoyuldu



Ötən şənbə, sentyabrın 28-də Yerevanda Azərbaycan zabiti Ramil Səfərovun qətlə yetirdiyi erməni zabiti Qurgen Marqaryana heykəl qoyulub. Bu haqda “Armenia Today” məlumat yayıb.

Açılış mərasimində ictimai xadimlər, Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Marqaryanın adını daşıyan orta məktəbin şagirdləri iştirak ediblər. Heykəli zabitin anası açıb.

Ermənistan ordusunun zabiti 2004-cü ildə Budapeştdə NATO-nun dil kurslarında öldürülüb.

Ramil Səfərov bildirib ki, erməni həmkarı Azərbaycan bayrağını və ordusunu təhqir etdiyi üçün bu addımı atıb. Hadisənin baş verdiyi Macarıstanda məhkəmə onu ömürlük azadlıqdan məhrum edib.

2012-ci ildə Azərbaycan Ramil Səfərovun Macarıstandan alınmasına nail olub.

Təyyarədən enməmiş prezident onun əfvi haqda fərman imzalayıb. Müdafiə Nazirliyi onun rütbəsini baş leytenantdan mayorluğa qədər artırıb. Bundan başqa, zabitin həbsdə olduğu müddətin əmək haqqını ödəyib.

Bundan sonra Ermənistan Macarıstanla diplomatik əlaqələrini dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG