Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:37
-
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb. İclası parlamenti spikeri Oqtay Əsədov açıb. O bildirib ki, ötən sessiyada iclasda 15 iclas 171 qanun qəbul edilib. Spiker bu sessiyanın mühüm vaxta təsadüf etdiyini deyib.

«Payız sessiyası ölkənin inkişafı üçün çox mühüm bir hadisə ərəfəsində-bir neçə gündən prezident seçkiləri keçiriləcək. Mən əminəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqı öz sözünü deyəcək. Sevimli prezidentini xalq yenidən seçəcək».

GÜNDƏLİKDƏ 41 MƏSƏLƏ VAR

Milli Məclisdə çıxış edən deputat Musa Qasımlı benzin daşıyan avtomobillərin tıxacda qalması haqda danışıb:

«Bu gün Bakı küçələrində yanacaq daşıyan maşınlar saatlarla tıxacda qalır. O maşınlarda partlayış olarsa görün nələr baş verər. Nə qədər insan tələfatı olar. Adətən bu maşınlar gecə saatlarında hərəkət etməlidir. Bu məsələni mən aidiyyatı qurumların qarşısında qaldırıram. Bundan başqa min bir əziyyətlə tikilən körpülərimizdən danışmaq istəyirəm. 20 yanvar metrosundakı körpünün altı artıq avtomobil dayanacağına çevrilib. Bu hər an təhlükə deməkdir».

«DEBATLARA BAXANDA ADAMIN ÜRƏYİ AĞRIYIR»

Bunu deputat Sahib Alıyev Milli Məclisin payız sessiyasının ilk iclasındakı çıxışında deyib:

«Gördüm ki, konstruktiv tənqid parlament müstəvisində olan tənqiddir. Debatlara baxanda adamın ürəyi ağrıyır. Bəlli olur ki, müxalifət niyə parlamentdən kənarda qalıb».

Deputat Cavid Qurbanov: “Rusiya ilə Azərbaycan sərhədlərininin delimitasiyası bəlkə də Qarabağ məsələsi qədər çətin məsələ idi. Bu məsələni prezident həll elədi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG