Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Azərbaycan hərbçiləri Əfqanıstana yola düşəcək


-
Oktyabrın 1-də Azərbaycan sülhməramlı kontingentinin növbəti bölməsi Əfqanıstana yola düşəcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində 2014-cü ilin aprelinədək xidmət edəcəklər.

Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.

Azərbaycan sülhməramlıları 2002-ci ilin noyabrından Əfqanıstanda İSAF tərkibində xidmət edir. İndi bu ölkədə Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG