Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30
-
Sentyabrın 28 -də YUĞ teatrında fransız rejissoru Vinsent Munla görüş keçirilib. Görüşdə kinorejissorun qısametrajlı filmləri nümayiş olunub və film çəkilişlərlə bağlı müzakirələr aparılıb.
Əslən Parisli olan Vinsent Mun Avrasiya layihəsi çərçivəsində Azərbaycanda 10 günlük səfərdə olub. Bu müddət ərzində Muğam Mərkəzidə xalq çalğı alətlərinin, muğam ifaçısı Alim Qasımov və qızı Fərqanə Qasımova, Natiq Ritm qrupunun canlı ifalarını lentə alıb. Bakı, Şəki, Gəncə və Zaqatalaya səfər edərək çəkilişlər edib.
Layihədən heç bir kommersiya məqsədi güdməyən Vinsent Mun gəzdiyi ölkələrin, xalqların canlı musiqisi, musiqiçiləri və ətrafdakı dinləyicilərin hiss və həyəcanlarını lentə alır və tamaşaçıya olduğu kimi təqdim edir. Rejissorun yapon musiqiçisi ilə bağlı çəkdiyi "Güllər günahkardır" (La Faute Des Fleurs) sənədli filmi 2009-cu ildə Kopenhagendə keçirilən beynəlxalq festivalda Səs və Görüntü nominasiyasında görə qalib seçilib.

Rejissor köçəri həyat keçirməklə bu filmləri hazırlamağı bir ekperiment hesab edir. O bu işi təkbaşına yaxud da könüllü insanların köməyi ilə ərsəyə gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG